17 : 47 14 dekabr
   
Siyasət

Milanda ATƏT XİN başçılarının görüşü başladı

2018-12-06 13:55 Baxılıb:   22

İtaliyanın Milan şəhərində ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 25-ci illik iclası işə başlayıb.

Report xəbər verir ki, iclasda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iştirak edir.

Görüş zamanı İtaliyanın bu il ATƏT sədri kimi fəaliyyəti nəzərdən keçiriləcək.

XİN başçıları ATƏT məkanında mövcud olan münaqişələrin həlli, ATƏT-in böhranların idarə olunması qabiliyyətinin gücləndirilməsi və müasir çağırışlara cavab vermək məsələlərini müzakirə edəcəklər.

İclasda həmçinin 2019-cu ildə ATƏT-ə sədrlik edəcək Slovakiyanın prioritetləri açıqlanacaq.

 

Bənzər xəbərlər