Gündəm
Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edəcək





Gənclər və idman naziri Azad Rəhimov dekabrın 7-də Biləsuvarda vətəndaşları qəbul edəcək. Qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər. GİN-in mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, qəbul saat 10:00-da Biləsuvar Gənclər evində (Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi , Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbəüz) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar. Ağcabədi 050-733-45-65 Beyləqan 055-743-12-12 Biləsuvar 050-504-44-22 İmişli 050-635-66-49