04 : 12 16 fevral
   
Flaş

Dünyanın ən təhlükəli smartfonları açıqlandı

2019-01-05 14:14 Baxılıb:   22

ABŞ Federal agentliyinin mütəxəssisləri ən təhlükəli smartfonların siyahısını hazırlayıb. Siyahıya 18 modeldən olan mobil cihazlar daxildir. "Anti-reytinqdə” yer alan smartfonlar ən yüksək SAR-şüalanma (insan orqanizminin bir saniyəyə elektromaqnit enerjinin udma nisbəti) göstəricisinə malikdir.   Oxu.Az xəbər verir ki, bu haqda "Life.ru” məlumat yayıb.   "Anti-reytinqdə” birinci yerdə "Google” şirkətinin istehsal etdiyi "Pixel 3 XL” smartfonu gəlir.   Sözügedən smartfonda elektron maqnit şüalanmanın insanın baş nayihəsinə təsiri ilə bağlı xüsusi mütənasib səviyyəsi 1,35 Vt/kq, bədənin qalan hissələrinə təsir səviyyəsi isə 1,52 Vt/kq təşkil edir (maksimal göstəriciyə əsasən).   İkinci yerdə "Google Pixel 3” (1,34 Vt/kq), üçüncü yerdə isə "OnePlus” qaceti gəlir.   Ardıcıl olaraq siyahıda "LG V40”, "iPhone XS Max” və "XS” smartfonları öz yerlərini tutur. Onların SAR-şüalandırma göstəriciləri kritik səviyyədə olmasa belə, normadan kifayət qədər yüksəkdir.   "Apple”, "Google” və "Samsung”un yeni modelləri də şüalanmanın insan orqanizminə təsiri baxımından siyahıda yuxarı pillələrdə mövqe tutur.

Bənzər xəbərlər