07 : 32 22 mart
   
Kriminal

Qubada yol qəzasında 3 nəfər ölüb, 1-i yaralandı

2019-01-11 14:35 Baxılıb:   20

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Qubada baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Belə ki, yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi “Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.

DİN-dən Milletinsesi.az-a verilən məlumata görə, R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölÜB, R.Seyidəhmədov xəstəxanaya yerləşdirilib.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Bənzər xəbərlər