07 : 49 24 mart
   
Problem

Azərbaycana qarşı qalmaqallı siyahı

2019-02-22 09:22 Baxılıb:   24

Bu gün Avropaya “hüquq müdafiəçisi” adı altında gedən insanlar Avropa Şurasına siyahı təqdim ediblər - 128 nəfər: 120 də ola bilər, 160 da. Onlar bunu hansı kriteriya üzrə müəyyənləşdiriblər, biz bilmirik. Sadəcə, bu siyahını böyük qalmaqalla təqdim edirlər. Azərbaycana qarşı addımların atılmasını tələb edirlər.

Milletinsesi.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat” qəzetinə açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlu bildirib. O bildirib ki, Azərbaycana Avropa Şurasından, Avropadan deyilən iradları qəbul edə bilməzlər:

“Siyasi məhbus məsələsi Azərbaycanda tamamən həll olunmalıdır. Biz Azərbaycan dövlətini suveren, Qarabağ torpaqları ilə birlikdə görmək istəyirik. Ona görə də Azərbaycana olan bütün iradları adlamalıyıq ki, sözümüzü deyə bilək”.

Hüquq müdafiəçisi Əfv Komissiyasına təqdim olunan siyahıda jurnalistlərin, blogerlərin, NİDA üzvü olan İlkin Rüstəmzadənin, eləcə də Səid Dadaşbəylinin, Nardarandan olan məhbusların adlarının olduğunu deyib. N.Cəfəroğlu qeyd edib ki, onların azad olacağına ümid edir.

“Alternativ əfv siyahıları” barədə danışan N.Cəfəroğlu qeyd edib ki, Leyla Yunusgil kim həbs olunursa, onun adını siyahıya salır:

“Onlar heç bir kriteriya əsasında işləmirlər. Leyla Yunus ömründə siyasi məhbus məsələsi ilə məşğul olmayıb. Elə insan var ki, terrorçudur, amma Leylanın siyahısında o adamın adı var. Metro partladanın da adı “siyasi məhbus” siyahısındadır. Məqsəd Azərbaycanı pisləmək, Azərbaycana qarşı addımların atılmasına nail olmaqdır”.

Bənzər xəbərlər