07 : 44 24 mart
   
Problem

Ömürlük bələdiyyə sədri danışdı: "Mən bilirəm onları kim yazdırır" 

2019-03-07 09:36 Baxılıb:   83

Mən bilirəm ki, bunları  kim yazdırır. Son zamanlar görülən işlər onların maraqlarına uyğun deyil.

Bu sözləri Milletinsesi.az-a Abşeron rayon Masazır bələdiyyəsinin sədri Siayənfər Əliyev Masazır bələdiyyə üzvlərinin onun haqqında edilən şikayətlərə münasibət bildərərkən deyib. Onun sözlərinə görə, 2007-ci ildən bu yana  bələdiyyə tərəfindən hər hansı  torpaq satışı həyata keçirilməyib və 2010-cu ildə sonra isə torpaqların  satışı yalnız hərrac vasitəsi ilə həyata keçirilib.

"Cənab prezidentin bununla bağlı fərmanı var. Biz kimik ki, prezidentin fərmanını pozaq",- o, bildirib. 

Onun sədliyinin saxta olduğu, verdiyi sərənəncamların qanunsuz olması haqqında bələdiyyə üzvlərinin yazılı şikayətinə Siyanfər Əliyevin reaksiyası belə oldu:

"Kimdir o bələdiyyə üzvləri? Harda yazıblar dediyinz fikirləri? O fikirlər qərəzlidir".

Qeyd edək ki, Masazır bələdiyyə üzvlərinin 12 üzvündən doqquzunun imzası ilə üç ay bundan əvvəl Azərbyacan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələr üzrə İş Mərkəzinə "bələdiyyə sədrinə etimadsızlıq və onun qanunsuz əməlləri" haqqındakı şikayət ərizəsinə bü gənədək cavab verilməyib. Ona görə də bələdiyyə üzvləri pozulmuş hüquqlarının bərpasına kömək məqsədi ilə və ömürlük sədr kreslosunda əyləşən bələdiyyə sədrinin özbaşınalıqlarının  ictimailəşdilməsini xahiş etmişdilər. 

Mövzunu davam etdirəcəyik.

Bənzər xəbərlər