07 : 45 24 mart
   
Flaş

Bələdiyyə sədri vergi müfətişini komaya saldı- Bimədiyiniz digər faktlar

1448451635_1
2019-03-13 14:52 Baxılıb:   477

Masazır Bələdiyyəsinin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu ilə bələdiyyə sədri Siyanfər Əliyev arasında 7 mart 2018-ci il tarixində yığılan pulların banka köçürülməsinə görə konfilkit baş verib. Sədr yığılan pulların  ona verilməməsinə  görə müfəttişi nalayiq söyüşlərlə təhqir edərək döyüb.  

Milletinsesi.az-a bu haqda onun qohumları məlumat verib. Onların sözlərinə görə, "əlbəyaxa dava zamanı Ürfət həddən artıq əsəb sarsıntısı keçirdiyi üçün hüşünu itirərək yerə yıxılıb. Əvvəllər də Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev digər bələdiyyə üzvünü yeyib-içib, keflənəndən sonra butulka ilə baş nahiyəsindən vuraraq ağır bədən xəsarəti yetirib. Yeddi tikiş vurulan bələdiyyə üzvünü hüquq mühafizə orqanlarından gizlətməyi bacaran sədr onun ev şəraitində müalicəsinə nail olmuşdu. Amma indiki vəziyyəti nevroz sədr gizlədə bilməyib. Ürfət Hüseynov hal-hazırda  Respublika Klinik Xəstəxanasında  reanimasiyadadır". 

Onların verdiyi məlumata görə "Siyanfər Əliyev məsələnin şişirdilməməsi üçün əlindən gələni edir;bələdiyyə qulluqçularından yardım üçün topladığı pul bələdiyyənin vergi müfəttişinin qohumları tərəfindən geri qaytarılıb. Hal-hazırda Siyanfər barışıq üçün bir neçə ağsaqqalla minnətçi düşüb".

Respublika Klinik Xəstəxanasından saytımıza verilən məlumata görə, Masazır Bələdiyyəsinin vergi müfəttişi Hüseynov Ürfət Xansuvar oğlu xəstəxananın ikinci reanimasiya şöbəsində yatır və hal-hazırda vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Masazır bələdiyyəsinin sədri vətəndaşlar ilə əlbəyaxa döyüşləri ilə Abşeronda "ad qazanıb". Belə ki, 11 mart 2013-cü ildə müavini ilə Masazır kənd sakini Razi Paşa oğlu Qocayevin evinə hücum edən sədr ona və ailəsinə xəsarət yetirib. Fiziki təzyiqlərə məruz qalan Qocayevin hamilə həyat yoldaşı bətnindəki körpəsıni itirir. Lakin bu günə qədər məsələnin araşdırılması hüquq mühafizə orqanları tərəfindən nədənsə yubadılır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzu davam etdiriləcək.

Bənzər xəbərlər