13 : 00 17 aprel
   
Əyalət

Temperatur 8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

2019-03-13 15:50 Baxılıb:   63

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinən Milletinsesi.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında martın 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Bənzər xəbərlər