07 : 46 24 mart
   
Flaş

Bələdiyyə sədri reanimasiyada olan işçisindən danışdı- Həmin gün iclasda olmamışam

1476478446_rr-67
2019-03-13 21:13 Baxılıb:   46

Mən həmin gün bələdiyyə iclasında olmamışam. Ora təcili yardım maşınının gəlməsindən də xəbərim olmayıb.

Bu barədə Milletinsesi.az-a Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev onun bələdiyyənin vergi müfəttişini döyməsinə münasibət bildirərkən deyib.

O, bildirib: "Respublika Klinik xəstəxanasında reanimasiya şöbəsinə  yerləşdirilən Hüseynov Ürfət Xansuvar oğlu  mənim yaxınımdır və biz ailəvi dostuq. Xəstəxanada hansı səbəbdən yatmağını bilmirsinizsə, yazmayın. O, şəkər xəstəsidir. Məlumatı sizə ötürənin də kim olduğunu bilirəm və bu qərəzdən başqa bir şey deyil".

Məlumatı verən mənbə isə Ürfətin  oğlunun bələdiyyəyə gələrək, bələdiyyə qulluqçuları tərəfindən yığılan pulun geri qaytardığını və hətta o, "əgər atamın başına bir iş gəlsə, sədr başda olmaqla hamısı cavab verəcək", deyərək bələdiyyə sədrini hədələdiyini bildirir.

Qeyd edək ki, bu gün Siyanfər Əliyevin öz işçisi ilə dalaşması və  mübahisə zəminində  həmin işçinin komaya düşərək  xəstəxanaya yerləşdirilməsi  haqqında məlumat vermişdik. Xəstəxanadan bələdiyyə işçisinin reanimasiyada olduğunu  təsdiqləsələr də bələdiyyə işçisinin vəziyyətinin ağır olduğuna görə hadisənin necə baş verməsi haqqında məlumat öyrənə bilmədik.   

Bənzər xəbərlər