17 : 59 17 aprel
   
Siyasət

İlham Əliyev Əşrəf Qəni ilə görüşdü

2019-03-14 13:47 Baxılıb:   36

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşüb.

Milletinsesi.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəni arasında təkbətək görüş olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Görüşdə ikitərəfli əlaqələr, həmçinin iqtisadi sahədə münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb.

 

Bənzər xəbərlər