14 : 19 17 aprel
   
Dünya

İranda qaz kəməri partladı - ölənlər var

5c8a202472ba1_iran_gas_line_blast_140319
2019-03-14 14:28 Baxılıb:   29

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Əhvaz-Mahşəhr magistral yolunun kənarında qaz boru kəməri partlayıb.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti Əhvaz rayonu qubernatoru Camal Aləmi Nisi deyib.

A.Nisinin sözlərinə görə, yanğın nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.

 

Qubernator əlavə edib ki, yanğında həmçinin su tankeri və avtobus yanıb.

A.Nisi hadisənin terror aktı olmadığını, qaz sızması nəticəsində baş verdiyini bildirib.

Bənzər xəbərlər