07 : 50 24 mart
   
Dünya

Kaliforniya qubernatoru ştatda ölüm hökmünün icrasına moratorium qoyub

5c8a0f8ca56cd_1552551736950012209_1000x669
2019-03-14 15:02 Baxılıb:   11

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Qevin Nyusom martın 13-də ölüm hökmünün icrasına moratorium qoyulmasına dair fərman imzalayıb.   AZƏRTAC bu barədə siyasətçinin saytına istinadla xəbər verir. Fərmanda edam cəzasının icrasına moratoriumun Kaliforniyada ölüm hökmü verilən bütün insanlar üçün icrasının təxirə salınması şəklində təyin olunacağı deyilir. Həmçinin sənəddə bildirilir ki, moratoriumun tətbiq olunması məhbusların həbsdən azad edilməsini nəzərdə tutmur və qüvvədə olan heç bir ittiham hökmünü dəyişdirmir.   Fərmanda iddia olunur ki, "Kaliforniyada öldürücü inyeksiya protokolu ləğv edilməli, San-Kventin burnundakı həbsxanada edam cəzası üçün kameralar bağlanılmalıdır”. Fərman ləngimədən qüvvəyə minməlidir.   Qeyd edək ki, hazırda Kaliforniyada ölüm hökmünün icrasını gözləyən 737 insan var.   Bu addım mahiyyət etibarilə simvolik məna daşıyır, belə ki, 2006-cı ildən Kaliforniya ştatında edam həyata keçirilmir. Ölüm hökmləri davam edən məhkəmə çəkişmələri, o cümlədən öldürücü inyeksiyalar üçün istifadə edilən bəzi preparatların yolverilməzliyi səbəbindən icra olunmur.   Son illər ABŞ-ın bir çox ştatları öldürücü iynələr üçün hansı preparatlardan istifadə etmək barədə eksperimentlər aparırlar. Səbəblərdən biri bu məqsədlə istifadə olunan zəhərlərin çatışmazlığıdır. Həmin maddələrin istehsalı ilə məşğul olan Avropa ölkələri ölüm hökmünə qarşı çıxdıqları üçün onların ABŞ-a göndərilməsini dayandırıb.   "Death Penalty Information Center” (Ölüm hökmləri üzrə informasiya mərkəzi) qeyri-hökumət təşkilatının məlumatına görə, ABŞ-ın 30 ştatında ölüm cəzasına icazə verilir. Hazırda ABŞ-da 2738 nəfər edam cəzasının icrasını gözləyir. 1976-cı ildən cari il martın 12-dək isə Birləşmiş Ştatlarda 1493 nəfər edam olunub.

Bənzər xəbərlər