12 : 47 17 aprel
   
Sosial

Xarab sayğacın yazdığı məbləğ vətəndaşa yüklənib- "Azərqaz"dan şikayət

1477743960_scdsazfd
2019-03-18 09:33 Baxılıb:   72

Biz hər il 170-200 manat illik ödəyirdik. Bu il evdə təmir aparıldığı üçün başqa yerdə olduğumuza görə hər ay az-az ödəmə edirdik. Sonuncu dəfə yanvar ayının 20-cində pul yüklədik və kifayət qədər məbləğ var idi. Fevral ayında isə sayğac əlavə olaraq 74 manatdan artıq borc olduğunu göstərdi.

Milletinsesi.az-a bu haqda Binəqədi rayon,  Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi 11, ev 42-də yaşayan Paşayeva Səmayə Seyfəddin qızı məlumat verib. Onun sözlərinə görə, "Azərqaz"ın qaynar xəttinə etdiyi şikayətə cavab olaraq bildiriblər ki, bu təbii haldır. Sayğac 2012-ci ildə quraşdırılıb və onun istismar müddəti beş ildir. Belə olan halda klapanların hər ikisi açıq qalır və sayğac birə-üç yazır.Yazılan məbləğ isə artıq komputerə düşüb və mütləq ödənilməlidir.

Başa düşə bilmirəm ki, istifadə müddəti bitmiş qaz sayğacının  işlətmədiyimiz sərfiyyatı niyə ödəməliyik? Əgər istifadə müddəti bitmiş sayğacların qeydiyyatı  Azərqaz İstehsalat Birliyinin komputerlərində varsa, niyə vaxtında onları dəyişməyib vətəndaşı əlavə məbləğlərlə yükləyirlər? deyə şikayətçi bildirib.

Paşayevanın məlumatına görə, sayğacın quraşdırıldığını təsdiq edən aktda ünvan da düz göstərilməyib. Onların səhvinə görə  idarələrin arasında süründürülürük. Gah deyirlər baş idarəyə gedin, gah da deyirlər "NZS" qəsəbəsinə yerləşən idarəmiz var, ora gedin ünvanı dəyişsinlər. Belə çıxır ki, Azərqaz istismar müddəti keçmiş sağyacların pulsuz dəyişdirilməsi üçün nəzərdə tutulan yeni sayğacları yeni ev sahiblərinə satırlar və ona görə də ünvanlar düz gəlmir.

Azərqaz İB-indən məsələyə münasibət öyrənmək üçün  +99412 521-21-94, 99412 521-22-83  telefon nömrələrinə dəfələrlə zəng vursaq da dəstəyi götürən olmadı.

 

Bənzər xəbərlər