13 : 05 17 aprel
   
Flaş

Prezident hansı tanınmışları əfv etdi? - Siyahı

2019-03-16 08:43 Baxılıb:   55

Prezidentin bu gün verdiyi əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil edilib.

Axar.az xəbər verir ki, 399 məhkum azad edilib, bir ömürlük məhbusun (1966-cı il təvəllüdlü, 1995-ci ildən həbs edilən Baxşaliyev Yadigar Nazim oğlu) cəzası 25 il, daha iki ömürlük məhbusun (Quliyev Daşqın Cabbar oğlu və Sədrəddinov Kamil Camal oğlu) cəzaları 20 illə əvəzlənib. Həmçinin azadlıqdan şərti olaraq azad edilmiş 11, islah işlərinə cəlb edilən 4, cərimə cəzası alan 12 nəfər cəzadan azad edilib.

Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxanlar arasında Gözəl Oruc qızı Bayramlı (AXCP sədri Əli Kərimlinin müavini), Fuad Qəhrəmanlı (AXCP sədri Əli Kərimlinin müavini), Əli Binnət oğlu İnsanov (Keçmiş səhiyyə naziri) və Elnur Rafiq oğlu Seyidov (AXCP sədri Əli Kərimlinin qayını), o cümlədən Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, Qiyas İbrahimov və Bayram Məmmədov, müsavatçı Əlikram Xurşidov, AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun qardaşı Murad Ədilov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynov, jurnalistlər Fikrət Fərəməzoğlu və Şəmsiyyə Bəylərqızı, Müsəlman Birliyi Hərəkatının sәdr müavini Elçin Qasımov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu, keçmiş müstəntiq Rüfət Səfərov, satirik şair Tofiq Həsənov, müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun da adı var.

Bənzər xəbərlər