17 : 14 17 aprel
   
Gündəm

Xızıda yararlılığı şübhə doğuran 110 toyuq aşkarlandı

2019-03-20 15:27 Baxılıb:   22

Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi Xızıda qida üçün yararlılığı şübhə doğuran 110 ədəd sənədsiz diri toyuq aşkarlayıb.

DİN-dən Milletinsesi.az-a verilən məlumata görə, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xızı rayonu ərazisində tədbirlər həyata keçirib.

Sitalçay kəndi ərazisində S.Səlimova məxsus “VAZ-21043” markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan və qida üçün yararlığı şübhə doğuran 110 ədəd diri toyuq aşkar edilərək götürülüb və yoxlanılması üçün Quba regional laboratoriyasına təhvil verilib.

 

Bənzər xəbərlər