13 : 05 17 aprel
   
Flaş

Novruz bayramı Azərbaycan xalqı üçün niyə belə əhəmiyyətlidir?!

2019-03-21 19:45 Baxılıb:   142

Tanınmış hüquqşqnas, Qarabağ qazısı Vüqar Dadaşov Novruz bayramının əhəmiyyətindən danışmışdır. Çıxışı olduğu kimi oxuculara təqdim edirik.

 “Bildiyimiz kimi, Novruz bayramının islam dini ilə heç bir əlaqəsi yoxdur. Novruzun ilk mənbəyi Şumerlər və qədim Misirlər dövründə qeyd edildiyi təsdiqini tapmışdır. Novruz bayramının geniş yayılma səbəbi məhz biz türklər olmuşuq beləki, 
Hicri təqviminin 430-cu ilində vəfat etmiş tarixçi Əbu Rehan Məhəmməd "ötən qərinələrdən qalan ölümsüz əsərlər" kitabında yazdığına əsasən əfsanəvi Cəmşid şah Azərbaycana Atəşgahı ziyarəti zamanı indiki mart ayına təsadüf etmişdir, bu zaman yerli türk tayfaları Cəmşid şahı təmtəraqla qarşılamış və ona Günəş adı vermişdir, Cəmşid şah məhz bu günü bayram elan etmişdir və bununla da Novruz geniş yayılmağa başlamışdır. 
Ömər Xəyyam "Novruznamə" əsərində Novruzun Cəmşid şahla və Azərbaycanla bağlılığın göstərir. 
Novruzun bir başa Azərbaycanla əlaqəsi təsdiqini tapmış və qürur verici faktdır.
İslamdan əvvəl hələ Zərdüştlər Novruz bayramını "Mihran" adı altında qeyd etmişlər. 
Novruz bayramının mahiyyəti həm iqtisadi həmdə sosial baxımdan təbəqələri eyniləşdirdiyinə görə birlik nümunəsi kimi həmdə siyasi əhəmiyyətli tədbir hesab oluna bilər. Eyni zamanda da Novruz bayramı biz azəri türklərinin qədim tarixinin sübutudur. Novruz bayramında odla bağlı əlamətlərin xalqımız tərəfindən gizlədilərək saxlanılması, islamın qadağa etdiyi atəşpərəstlik tariximizin qorumasında bir vasitə olması bu bayramın Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli olmasının sübutu kimi eləcədə vacibliyi də  danılmazdır. Novruz bizim təkcə təbiətlə bağlı bayram deyil, Novruz bizim qədim tariximizmin canlı şahidi və biliyimizin təzahürüdür. Novruz bayramı bizim Azərbaycan xalqının tarixi kökünün təsdiqidir.
Novruz Bayramımız mübarək əziz həmvətənlər”

Bənzər xəbərlər