13 : 39 17 aprel
   
Mədəniyyət

Ağlama ata

IMG_E4675
2019-04-02 14:24 Baxılıb:   55

Gözlərində narın-narın yaş var idi
Ayaqların yerimirdi dabanında daş var idi?
Yalvarırdın! Deyimində “kaş” var idi
Deyirdinki məndə oldu bu səhv, xəta,
Ağlama ata!

Eşitdinmi tez yayılan xəbərimi?
Tez tərk etdim ölümümlə səngərimi
Zirvələrə ucalmışam, qoy görməyim qəhərini, 
Gözün aydın, şəhid oldum
Qalxmışam ən uca qata,
Ağlama ata!

Övlad dərdi ağır olur, mən bilirəm
Ana dərdi ondan da pis
Görürsənki!? 
Çəkmək olmur, amma ki döz,
Darıxırdım səndən də pis
Amma indi, Yaxın oldum həqiqətə,
Ağlama, ata!

Ana vətən yaralıydı
Məlhəmiyçin fəda oldum
Uğurlara imza atdım
El-obama səda oldum
Qoymadım ki,düşmən bir an 
Sakit dura, yeyib- yata 
Ağlama,ata!

İstəyirəm şux durasan
Tanrının da gözü səndə
Sənə layiq oğul oldum
Hər mərdliyin özü səndə
Hər ömür kaş belə bitə
Ağlama ata!

Təzə-təzə pöhrə vuran
Qara gözlü yarım vardı
İncə belli xoş ovqatlı
Gözü yolda pərim vardı
İstəyirdim məni sevən
Mənim ilə kama çata 
Ağlama ata!

Aslan kimi cuşa gəldim
Düşmən gördü qorxdu,əsdi
Artıq zaman yetişbdi
Cox gözlədik daha bəsdi
Torpaqları itiririk 
Yerimizdə yata-yata
Ağlama ata! 


Şəhidin diliylə atası Həsən dayıya
Talıb Əhədov
Milletinsesi.az

Bənzər xəbərlər