12 : 47 17 aprel
   
Sosial

MTRŞ “Space TV”ni cərimələyib

2019-04-07 11:03 Baxılıb:   21

Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” televiziyasını cərimələyib.

Bu barədə “Report”a MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, televiziyanın cərimələnməsinə səbəb efirdə ədəbsiz sözlərin yayımlanması olub: “ “Space TV”nin "Hər səhər" verilişində efirə getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib və 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunmasi ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qərar qəbul edilib. İş məhkəməyə göndərilib”.

Bənzər xəbərlər