13 : 21 17 aprel
   
Səhiyyə

Azərbaycanda yenidən donuz qripi yayılıb? - Nazirlik

2019-04-12 14:38 Baxılıb:   24

Sosial şəbəkələrdə “donuz qripi”nin Azərbaycan ərazisində yenidən üzə çıxması ilə bağlı məlumatlar yayılıb.

Nizami rayonunda yerləşən 229 saylı məktəb və ona yaxın ərazidə “donuz qripi” ilə əlaqədar dezinfeksiya işləri aparıldığı, hətta 4-5 nəfərə H1N1 virusu diaqnozu qoyulduğu iddia edilib.

Məsələ ilə bağlı Milletinsesi.az-a açıqlama verən 229 saylı məktəbin direktoru isə bildirib ki, məktəbdə hər həftə müxtəlif viruslara qarşı dezinfeksiya işləri aparılır. Onun sözlərinə görə, məktəblilər arasında H1N1 virusuna rast gəlinməyib:

“Bizim məktəbdə hər həftəsonu dezinfeksiya aparılır. Bunu müxtəlif viruslara qarşı və təmizlik məqsədilə edirik. Bizim məktəbdə bu xəstəliyə yoluxan isə olmayıb”.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də yayılan məlumatları şayiə adlandıraraq, heç kimə “donuz qripi” diaqnozu qoyulmadığını bildirib:

“Tamamilə yalan məlumatdır və kiminsə uydurmasıdır. Əgər H1N1 diaqnozu qoyulsaydı, hər kəsdən qabaq Səhiyyə Nazirliyi bununla bağlı açıqlama yayardı. Narahatlıq üçün əsas yoxdur”.

 

Bənzər xəbərlər