12 : 57 17 aprel
   
İdman

İspanlar Azərbaycanda futbolçu seçəcək

2019-04-15 12:10 Baxılıb:   16

Azərbaycanda ilk dəfə "Valencia soccer academy Baku" layihəsi həyata keçiriləcək.

Qol.az xəbər verir ki, iyun ayının 18-25-i tarixlərində, “Fənər” futzal klubunun dəvəti ilə “Valensiya”nın futbol akademiyasının məşqçiləri azərbaycanlı yeniyetmələrə məşq keçəcək.

 


Bakıda keçiriləcək layihədə 7-16 yaş arası futbolçular iştirak edə biləcək. İspaniya klubunun PRO kateqoriyalı mütəxəssisi İvan Berlanqanın rəhbərlik edəcəyi layihədə seçilən oyunçular "Valensiya"nın aşağı yaş qrupları üzrə komandalarına cəlb ediləcək. İspaniyalılar Bakıya səfərləri ilə bağlı video çarx da hazırlayıb.

Qeyd edək ki, aprelin 10-dan etibarən "Valencia soccer academy Baku" layihəsinə qeydiyyat başlayıb.

Bənzər xəbərlər