12 : 48 17 aprel
   
Gündəm

Ali məktəblərə ərizə qəbulu başa çatdı

2019-04-16 12:58 Baxılıb:   18

Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Bu barədə Milletinsesi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, ərizə qəbulu martın 15-də başlamışdı və aprelin 15-i gecə saat 23.59-dək davam etməsi nəzərdə tutulmuşdu. Sonradan DİM sənəd qəbulunun vaxtını aprelin 16-sı saat 12:00-dək artırıb.

Ərizələrin qəbulu internet vasitəsilə aparılıb.

 

Bənzər xəbərlər