12 : 48 17 aprel
   
Gündəm

Azərbaycanlı zabit Hulusi Akarla birlikdə

2019-04-16 14:00 Baxılıb:   13

ABŞ Hərbi Donanmasında xidmət edən həmyerlimiz, polkovnik-leytenant Nəimi Əmiral (John Naimi Amiral) Türkiyənin Müdafiə naziri Hulusi Akarın şəxsi dəvəti ilə ABŞ-Türkiyə münasibətlərinə dair 37-ci Konfransda iştirak edib.

Milletinsesi.az xəbər verir ki, bu barədə polkovnik-leytenant özü məlumat verib. O, tədbir çərçivəsində Türkiyənin Müdafiə naziri Hulusi Akar və Türkiyə prezidentinin köməkçisi İbrahim Qalınla söhbət edib.

Qeyd edək ki, aprelin 14-ü Vaşinqtonda Türkiyə-ABŞ əməkdaşlıq Şurası ilə ABŞ Türkiyə Şurasının 37-ci birgə konfransı öz işinə başlayıb. Konfransda bir sıra ABŞ və türkiyəli rəsmilər iştirak edib.

 

Bənzər xəbərlər