13 : 05 17 aprel
   
Kriminal

Əl çantasında narkotik vasitə aşkarlandı

2019-04-16 15:56 Baxılıb:   14

Gömrükçülər narkotik vasitə-marixuana aşkarlayıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Milletinsesi.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşına məxsus əl çantası rentgendən keçirilərkən monitorda şübhəli təsvirlər müşahidə olunub. Bundan sonra gömrükçülər tərəfindən həmin vətəndaşın əl çantasına baxış keçirilib. Baxış zamanı çantadakı pul qabının içərisində gömrük orqanına bəyan olunmayan 2 ədəd bükülüdə 1 qram marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bənzər xəbərlər