12 : 43 17 aprel
   
Dünya

Paşinyan təhlükəsizlik strategiyasını dəyişir

2019-04-17 11:33 Baxılıb:   8

Ermənistan Təhlükəsizlik Şurası Ermənistanın milli təhlükəsizlik strategiyasının konsepsiyasında dəyişikliklər üçün işə başlayıb.

Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Məlumata görə, İrəvan bu addımı Ermənistan, region və dünyadakı siyasi dəyişikliklərlə əlaqədar atıb. Yeni təhlükəsizlik strategiyasının hazırlanması üçün Təhlükəsizlik Şurasının aparıcı siyasi qüvvələr, vətəndaş cəmiyyəti nümayəndələri və parlamentarilərlə danışıqlar aparacağı bildirilib. Sənədin 2019-cu ilin sonuna qədər hazırlanacağı qeyd edilib.

Qeyd edək ki, Ermənistanın milli təhlükəsizlik strategiyası konsepsiyası 2007-ci ildə hazırlanıb. Sərkisyan hökumətinin devrilməsindən sonra Paşinyan hökuməti yanvarda bu konsepsiyaya heç bir dəyişiklik etməyib.

 

Bənzər xəbərlər