17 : 03 17 aprel
   
Flaş

Günün qoroskopu: "Yeni ideyaların reallaşdırılmasını təxirə salın"

5cb6e2ad03206_qoroscope_6
2019-04-17 13:35 Baxılıb:   10

Qoç
Səbr kasanız dolanda anlayacaqsınız ki, nəyisə dəyişmək gərəkdir. Yalnız özünüzə bel bağlayın. Işləri tələsmədən görün, imzalayacağınız sənədləri diqqətlə oxuyun. Nəqliyyatda olarkən texniki problemlər ola bilər.

Buğa
Çətinliklər yaradan sədlər üzə çıxacaq. Sizin üçün daha vacib məsələlər və işlərə diqqət yetirin. Xəbərləri diqqətlə izləyin. Maraqlı məlumat ala bilərsiniz.

Əkizlər
Borcunuzu qaytarsalar və ya çoxdan gözlədiyiniz məbləği versələr, pulu mənasız işlərə xərcləməyin. Dəvət olunduğunuz tədbirə və ya əyləncəyə qatılın, amma bədxərclik etməyin.

Xərçəng
Şəxsi münasibətlərdə təşəbbüskar olun, tərəfdaşa təzyiq göstərməyin. Həmkarınız və ya tərəfdaşınız sizin ideyalarınızı öz fikri kimi qəbul edəcək. Şəraitdən maksimum dərəcədə faydalanmağa çalışın.

Şir
Yeni işə başlamaq üçün əlverişli gün deyil. Intuisiyanıza güvənin. Gələcək planlarınızı müəyyənləşdirin. Ideyalarınızı gerçəkləşdirməyə tələsməyin, onları reallaşdırmaq üçün əlverişli zaman gələcək.

Qız
Yaxın ətrafınızda olan insanların sizə ehtiyacı var. Münasibətlərdəki dəyişikliklər münaqişə yaradacaq. Sərfəli və əlverişli saydığınız işlə məşğul olun. Yeniliklər arxasınca qaçmağa ehtiyac yoxdur.

Tərəzi
Bir işdən başqasına keçməyiniz, əvvəllər nail olmadığınız nəticəni əldə etməyiniz mümkündür. Bu gün adi gündəlik işlərlə məşğul olun. Gələcəklə bağlı planlar qurmaq vaxtıdır.

Əqrəb
Işlərinizi sahmana salın. Ailədə problemlərin yaranmasına imkan verməyin. Maliyyə məsələlərini həll edin. Ideyalarınızın yolunda əzmlə çalışın.

Oxatan
Sakit gündür. Eyni vaxtda çox işə başlamayın, çünki bu günün prioritetləri fərqlidir. Köhnə tanışlardan biri sizinlə əlaqə saxlayacaq. Əlaqələrinizi aydınlaşdırmaq üçün vaxtdan səmərəli istifadə edin.

Oğlaq
Işgüzar tərəfdaşlıq üçün əlverişli gündür. Bəzi planlarınızdan və ya işinizdən yaxın ətrafınızdakı insanın xeyrinə imtina etməli olacaqsınız. Bu günə gəzinti, dostlarla görüş gözlənilir. Səhhətinizə fikir verməyi unutmayın.

Dolça
Yeni ideyaların reallaşdırılmasını təxirə salın. Gün yarımçıq qalmış işlərin həllini tələb edəcək. Səhhətinizlə bağlı profilaktiki tədbirlər görün.

Balıqlar – ən müxtəlif insanlarla təmaslarda olacaqsınız. Nikbin və qətiyyətli olun. Layihələri planlaşdırarkən ən kiçik təfərrüatları nəzərə alın. Köhnə tanışlardan biri ilə əlaqələri bərpa edin.

Bənzər xəbərlər