17 : 14 17 aprel
   
Gündəm

Bakıya gətirilən zibil konteynerlərinin - Qiyməti

2019-04-17 13:47 Baxılıb:   9

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sifarışınə əsasən, Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasının hazırlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Report-un xəbərinə görə, bildirilib ki, həyata keçirilən işlər çərçivəsində BŞİH tərəfindən Monitorinq Mərkəzi yaradılıb.

Qeyd olunub ki, hazırda ölkəyə 1 540 ədəd plastik konteyner gətirilib. Konteynerlər Bakının 4 rayonunda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) qoyulub, daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb. Bu, mərhələli şəkildə həyata keçirilir.

Məlumata görə, bir ədəd konteynerin qiyməti 153 avrodur.

 

Bənzər xəbərlər