19 : 15 17 aprel
   
Gündəm

Bakıda müasir yol infrastrukturu yaradılır - Açıqlama

2019-04-17 14:25 Baxılıb:   8

Nərimanov rayonu ərazisində 6 km uzunluğa malik olan küçələrdə müasir yol infrastrukturu yaradılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, işlərə Molla Cümə küçəsində, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsində, həmçinin Molla Cümə və Əhməd Rəcəbli küçələrini birləşdirən ara yollarda başlanılıb.

Sadalanan küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq kənarlaşdırılır, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilir və yeni yol yatağı və yol əsası inşa edilir.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir və kənarlarına yeni səki daşları düzülür.

Layihə çərçivəsində küçələr boyu yeni işıqlandırma sisteminin yaradılması, yol kənarlarında xüsusi parklanma yerlərinin və avtobuslar üçün “cib”li dayanacaqların qurulması, yaşıllıq zolaqlarının salınması da nəzərdə tutulur.

 

Bənzər xəbərlər