22 : 39 17 aprel
   
Dünya

Ərdoğan Zəriflə görüşdü

2019-04-17 17:00 Baxılıb:   13

Ankarada səfərdə olan İran Xarici İşlər naziri Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Milletinsesi.az xəbər verir ki, Zərif Suriya Prezidenti Bəşər Əsədlə görüşü barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesabat verəcəyini deyib:

“Suriyada Əsədlə uzun görüşümüz oldu. Bu görüşün hesabatını Cənab Ərdoğana təqdim edəcəyəm”.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Görüş 1 saat 10 dəqiqə davam edib. Rəsmi qəbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.

 

Bənzər xəbərlər