22 : 39 17 aprel
   
Dünya

Fransa və ABŞ Qırmızı dənizdə təlimlərə başladı

2019-04-17 17:13 Baxılıb:   9

Fransanın “Şarl de Qoll” təyyarədaşıyan gəmisi ilə ABŞ-ın “Con S. Stennis” təyyarədaşıyan gəmisi Qırmızı dənizə daxil olub.

Milletinsesi.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Müdafiə Nazirliyi yayıb. Hər iki təyyarədaşıyan gəmi burada hərbi təlimdə iştirak edib. Fransa təyyarədaşıyan gəmisiylə bərabər təlimlərdə “F70AA FS Forbin”, ABŞ-ın isə “Mobile Bay”, “McFaul” gəmiləri də iştirak edib.

Təlimə həmçinin Danimarka hərbi dəniz donanmasının “İver Huitfeldt” gəmisi də qatılıb.

 

Bənzər xəbərlər