15 : 50 18 aprel
   
Kriminal

Gömrükdə külli miqdarda siqaret tutuldu

2019-04-18 11:10 Baxılıb:   14

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vektra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Milletinsesi.az verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin ön oturacaqlarının arxasında və yük hissəsinin örtüyünün altında 2000 ədəd "Gold Marlboro" markalı siqaret və 8 ədəd 1 litrlik "Nemiroff Delikat" markalı spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bənzər xəbərlər