18 : 28 18 aprel
   
Gündəm

Deputatlarımız Ukraynada seçkiləri müşahidə edəcək

2019-04-18 15:23 Baxılıb:   14

Milli Məclisin deputatları Naqif Həmzəyev və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərinin 2-ci mərhələsini izləmək üçün aprelin 19-da Kiyev şəhərinə səfərə gedəcəklər.

Milletinsesi.az xəbər verir ki, N.Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edəcək.

Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər.

Səfər aprelin 22-də başa çatacaq.

 

Bənzər xəbərlər