19 : 07 18 aprel
   
Mədəniyyət

ADU-da Nəsiminin yubileyinə həsr olunmuş seminar

2019-04-18 16:10 Baxılıb:   14

Azərbaycan Dillər Universitetinin (ADU) multikulturalizm elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Hürufilik və Nəsimi yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda seminar keçirilib.

ADU-dan Milletinsesi.az-a bildirilib ki, seminarda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Nəsimi yaradıcılığında insan konsepsiyası” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra multikulturalizm elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Afət Musayevanın “Azərbaycan ədəbiyyatında sufizm və multikultural ideyalar”, laboratoriyanın kiçik elmi işçisi Turan Kərimlinin “Qərb ədəbiyyatında sufizm və hürufiliyə baxış”, laboratoriyanın elmi işçisi Əli Fərhadovun “Fəzlullah Nəimi və İmadəddin Nəsimi yaradıcılığında multikultural dəyərlər” mövzularında məruzələri dinlənilib.

Seminarda ADU-nun elmi işlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru Sevinc Zeynalova, filologiya və jurnalistika fakültəsinin tələbələri, həmçinin Bakı Musiqi Akademiyasının müəllim və tələbələri iştirak ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

 

Bənzər xəbərlər