Tanınmış prodüsserdən “Bakcell”ə tərs sillə: “Haramınız olsun!”

Tanınmış prodüsserdən “Bakcell”ə tərs sillə: “Haramınız olsun!”
Tanınmış prodüsser Tarix Əliyev (Tolik) həmişə olduğu kimi bu dəfə də sərt tənqidi mövqeyi ilə diqqəti öz üzərinə çəkib.

Belə ki, prodüsser bu dəfə müğənniləri, millət vəkillərini deyil, “Bakcell” şirkətini sərt şəkildə tənqid edib. O, “Bakcell” şirkətini abunəçilərini aldatmaqda, onların cibinə girməkdə günahlandırıb:

“Bakcell” artıq bilmir camaatdan necə pul qoparsın. Özləri özlərindən məni hansısa xidmətə qoşar, sonra da “STOP” yaz yolla deyirlər. Ona da 1 manat getdi , iş mənim 1 manatımda deyil, mənim kimi milyonlarla insana yollayırlar, sonra da pul qazanırlar. Gor nə qədər edir? Burdan deyirəm, haramınız olsun! Bu milləti öz mənafeyiniz üçün istifadə etməyin! Bunlar onsuz da yalançı reklamlarıyla milləti aldadır, ele bilir ki, camaat danışmır. Artıq ağını çıxarıblar. Zəng vurursan “555”-ə, ən azı 15 dəqiqə gözləməlisən ki, sənə cavab versinlər. Çünki 5-ci dəqiqədən sonra pul yazır axı! Heç bir ölkədə belə bir şey yoxdur, yalnız bizimkilərdədir!”
Paylaş:   

Adınız:*
E-Mail:


Oxşar olan digər xəbərlər