Əli Kərimli ilə Qənimət Zahid arasında 175 min avroluq qalmaqal

Əli Kərimli ilə Qənimət Zahid arasında 175 min avroluq qalmaqal
AXCP sədri Əli Kərimli ilə "Azadlıq" qəzetinin baş redaktoru və Turan TV-nin rəhbəri Qənimət Zahid arasında qrant qalmaqalı yaşanmaqdadır.

Bununla bağlı AzToday.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, məşhur Corc Sorosa bağlı donor təşkilatlardan birinin "Azadlıq" qəzetinə ayırdığı 175 min avroluq qrant lahiyəsinin pulu Azərbaycana birbaşa gətirmək imkanı olmadığından həmin vəsait hazırda Fransada yaşayan Qənimət Zahidə çatdırılıb. Mənbənin sözlərinə görə, Qənimət Zahid həmin vəsaiti Bakıya çatdırmaq əvəzinə özünün TV layihəsinə xərclədiyindən Əli Kərimli bundan narazı qalıb və həmin vəsaiti Qənimət Zahiddən tələb edib. Yaşanan qalmaqalı çözmək üçün Əli Kərimli "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevi yanvarın 5-də Fransaya yola salıb.

Mənbənin sözlərinə görə, Rahim Hacıyevin yanvarın 9-da Bakıya qayıdacağı gözlənilir: "Böyük ehtimalla Rahim Hacıyev Qənimət Zahiddən 175 min avro pulun müəyyən hissəsini alaraq geri dönəcək".
Qənimət Zahidin 175 min avro vəsaiti hansı səbəbdən AXCP sədrinə göndərməməsini şərh edən mənbəmiz Fransada yaşayan baş redaktorun Əli Kərimli tərəfindən faktiki rəhbərlik edilən "Azadlıq" qəzetinin çapının bərpa olunmamasından və qəzetinin azadlıq.info adlı saytının informasiya siyasətindən narazı qaldığını dedi: "Söhbət Əli Kərimlinin məlum səbəblərdən "Azadlıq" qəzetini hakimiyyətə güzəştə getməsindən gedir..."
AzToday.az-a daxil olan məlumatda qeyd olunur ki, donor təşkilat tərəfindən "Azadlıq"a ayrılmış 175 min avroluq qrant layihəsi qəzetinin 6 ay ərzində bütün maliyyə məsrəflərinin ödənilməsi üçün nəzərdə tutulubmuş. Artıq layihənin icra olunduğu ilə bağlı bütün sənədlər saxtalaşdırılaraq donor təşkilata göndərilib. Layihədə "Azadlıq" qəzetinin əməkdaşlarına 1000 - 1500 avro həcmində maaş verildiyi qeyd olunub. Maraqlıdır ki, "Azadlıq" qəzetinin əməkdaşları aylardır maaş üzünə həsrətdir. Maaşlarını tələb edəndə isə hakimiyyətin qəzetin çapına yaratdığı maneələri göstərirlər. Mənbə bildirir ki, artıq qəzetə ayrılan 175 min avroluq layihədən artıq "Azadlıq"ın əməkdaşları da məlumatlıdır. Bu səbəbdən rəhbərliyə, konkret AXCP sədrinin adamlarına kəskin etiraz ediblər.
Mənbə iddia edir ki, Əli Kərimli Rahim Hacıyevin Fransada Qənimət Zahiddən alıb, Bakıya gətirəcəyi pulu qəzetin deyil, özünün və partiyanın xərclərinə sərf etmək niyyətindədir.
AzToday.az-a daxil olan məlumatda həmçinin qeyd olunur ki, Əli Kərimli ilə Qənimət Zahid arasında yaşanan 175 min avroluq qalmaqaldan araşdırmaçı jurnalist, vicdan məhbusu olmuş Xədicə İsmayıl da bərk narahat olub. Belə ki, xanım jurnalist 175 min avroluq vəsaitin təyinatı üzrə xərclənməməsi və saxta sənədlərlə layihənin icra olunduğunu göstərdiklərinə görə Əli Kərimlinin dəstəsinə iradını bildirib.
Paylaş:   

Adınız:*
E-Mail:


Oxşar olan digər xəbərlər