“Bakcell”-in yalançı reklamlarına inanmayın- Özəl

“Bakcell”-in  yalançı reklamlarına inanmayın- Özəl
“Bakcell” mobil operatordan şikayətlər davam edir. Mobil operatorların istehlakçı hüququnu pozması barədə redaksiyamıza çox saylı müraciətlər daxil olur.

Sonuncu şikayətlər “Bakcell” mobil operatoruvə onun xidmətləri ilə bağlıdır.

Təəssüf ki, istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət qurumları da mobil operatorların bu əməllərinə sədd çəkə bilmir.

Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsi 31/24 ünvanda yaşayan Salehova Nəcibə tərəfindən bildirir ki, təxminən 3 ay olar, yəni 2016-cı ilin oktyabr ayından Bakcell şirkəti tərəfindən gecələr balansından 0.10 AZN, 0.07 AZN, 0.39 AZN pul çıxılır, daha doğrusu oğurlanır:

“Balansımda məbləğ çox olanda bunun fərqinə varmıram. Amma balansımdakı məbləğ az olanda səhər balansımdakı məbləğin azaldığını görürəm. Həm də telefonumun ekranında balansımdan pul çıxıldığı haqqında bildiriş də gəlir.

Artıq 2 dəfə Bakcellə bu barədə telefonla şikayət etmişəm. Onlar mənim ödənişli xidmətlə abunə olduğumu bildiriblər. Qisaca məni “yola veriblər”.

Axı mən bilirəm ki, mən ödənişli xidmətlərə abunə deyiləm. 1 dəfə isə səhvlərini boyunlarına alıb, səhvən çıxıldığını bildiriblər, 1 həftədən sonra mesajla 0.07 AZN-in balansıma oturulduğunu bildiriblər”.

Vətəndaş şirkətin oğurluğunu açıqlayıb: “Artıq mən onlara şikayətimi bildirmək üçün 0.15 AZN kontur işlətmişdim. Və bu problemi yaşayandan bəri dəfələrlə, 5595-ə STOP yazıb göndərmişəm.

Əgər xəbərim olmadan Bakcell və ya Bakcellə müqavilə bağlayıb, insanların cibinə girən “şirkətlər” ödənişli xidmətlərə abunə ediblərsə də, nömrəm həmin mesajlardan deaktiv olunsun. Lakin yenə də, mənim balansımdan kontur silinir.

Və hesablayanda ki, 3 aydan çoxdur ki, (mən fərqinə vardığım 3 aydır, bəlkə də ondan çox qabaq çıxılır) mənim balansımdan Bakcell pul oğurluyur. Bu elə də az məbləğ etmir, mənim üçün.

Xahiş edirəm, bu vaxta kimi mənim balansımdan oğurlanan məbləğ mənim balansıma qaytarılsın. Bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məluma verilsin”.regionxeberleri/

Digər baksel abonenti Elşən Muradov bildirir ki, Bakselldən ''0'' kompaniyasına qoşulandan sonra, danışmadığım halda, hər ay 10-15 manat məbləğində vəsait hesabımdan silinir.

Yüksək xidmət səviyyəsi ilə öyünən Baksell mobil operatorundan edilən başqa bir şikayət onlar tərəfindən verilən data kart haqqındadır. Şikayətçi T. Səxavətoğlu qeyd edir ki, ,''Sür@ mobil İnterneti bir Bakcell brendidir.
Sür@ — gücdür! Sür@ — dinamikadır! Sür@ — enerjidir!
Hamı Sür@-li olmağı xoşlayır.
“Bakcell”-in  yalançı reklamlarına inanmayın- Özəl

Elə bir insan tapılmaz ki, Sür@-i sevməsin'' reklamına aldanıb 35 manata ''Baksell''in Sür@ data kartını aldım. Alanda satıcı mənə bildirdi ki, mobil nömrə harda işləyirsə, orda bunun internet xidmət səviyyəsi də yüksəkdir. Lerik rayonuna gedirdim. Orda işləmək üçün mənə internet mütləq lazım idi.10 gün qalmağımı planlaşdırsam da, rayona çatanda aldığım Baksellin Sür@ data kartı işıəmədiyinə görə, həmin gün geriyə qayıtdım.

Nəinki ucqar rayonlarda, heç Bakıda yaşadığımız evlərin bəzilərində də ''Baksell'' data kartı lazımi internet xidməti göstərmir. Data kartı şəbəkəyə qoşan kimi xeyli ''fırlanır'', nəticədə əsəblər gərilir və ondan istifadə etməmək məcburiyyətində qalırsan. Ödədiyin pulun geri qaytarmaq mexanizmi olmadığından dəyən ziyanla barışırsan.
Digər faktları da diqqətinizə çatdıracağıq. Bizi izləyin..
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Paylaş:   

Adınız:*
E-Mail:


Oxşar olan digər xəbərlər