“Problemimiz Azərbaycan kimi komandalarla oynayanda olur”

“Bizim problemimiz İrlandiya və ya Portuqaliya yığmaları ilə yox, Lüksemburq və Azərbaycan milli komandalarına qarşı oyunlarda ola bilər”.

Qol.az xəbər verir ki, bu sözləri keçmiş Yuqoslaviya yığmasının sabiq baş məşqçisi Milan Jivadinoviç DÇ-2022-nin seçmə mərhələsində Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi oyunu haqda danışarkən deyib.

O, yerli mətbuata açıqlamasında Serbiya millisinin özündən zəif komandalarla görüşdə motivasiya probleminin olduğunu bildirib: “Serbiya yığması güclü komandalara qarşı daha motivasiyalı olur, bu görüşlərdə heç vaxt motivasiya çatışmazlığı olmayıb. Ən böyük problem zəif rəqiblərlə görüşlərdə olur. İfadəmə görə məni bağışlayın, zəif komandalarla üz-üzə gələndə şalvarımızı batırırıq. 4 xal qazandıqdan sonra hər şeyin yaxşı olduğunu düşünürük. Amma Bakıda işimiz asan olmayacaq”.

Xatırladaq ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçirilcək Azərbaycan – Serbiya qarşılaşması saat 20:00-da başlayacaq.

Share: