Azərbaycanın strateji valyuta ehtiyatları və borcları AÇIQLANDI

Azərbaycanın strateji valyuta ehtiyatları və borcları AÇIQLANDI

Azərbaycanın strateji valyuta ehtiyatları və borcları AÇIQLANDI



Azərbaycanın strateji valyuta ehtiyatları 2016-cı ilin 11 ayının sonuna 37,3 milyard ABŞ dolları təşkil edib.

"Millətinsəsi.az" saytı xəbər verir ki, bu, 28 aylıq mal və xidmət idxalına kifayət edib.

Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatına əsasən, strateji valyuta ehtiyatları xarici dövlət borcunu 4 dəfə üstələyib.

Qeyd edək ki, indistrateji valyuta ehtiyatları ÜDM-in təxminən 100%-ni təşkil edir. Fiskal konsolidasiya və məzənnədə baş verən dəyişikliklər strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət etməyə imkan verib.

Bəyanatda bildirilir ki, Azərbaycan üçün əlverişsiz beynəlxalq konyunktur şəraitində 2015-ci ildə olduğu kimi,
2016-cı ildə də tədiyyə balansı kəsirli olub. Ümumilikdə, 2016-cı ilin sonuna tədiyyə balansında 5 milyard ABŞ dolları məbləğində ümumi kəsirin olacağı gözlənilir.
Paylaş:   

Adınız:*
E-Mail:


Oxşar olan digər xəbərlər