Dünyanın ən qədim “Əbu Dabinin incisi”, BƏƏ-nin Luvrında keçiriləcək “On min illik zinətdən” sərgisinin eksponatlarından biri olacaqdır.
Trend-in məlumatına görə, bu barədə “Le Figaro” bildirib.
Artıq səkkiz min yaşı olan, diametri təxminən 2,5 mm olan zinət əşyası ilk olaraq 30 Oktyabr – 18 Fevral tarixlərində geniş ictimaiyyətə təqdim ediləcək.
O, arxeoloqlar tərəfindən Marava adasında eramızdan əvvəl yaşı 5600 ildən 5800 il arasında olan torpaq qatında tapılıb.