
Əfqanıstanda qida çatışmazlığının səviyyəsi indiyədək ən yüksək həddə çatıb. Ölkə əhalisinin demək olar ki, yarısı aclıqdan əziyyət çəkir.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Qida Agentliyinin Kabildəki nümayəndəsi Filip Kropf bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə hər iki nəfərdən biri qidalanma ilə bağlı problem yaşayır. 40 milyon əhalisi olan Əfqanıstanda 7 milyon uşaq və ana normal qidalana bilmir.
BMT rəsmisi 2021-ci ilin avqustunda “Taliban”ın hakimiyyəti ələ keçirməsinin milyonlarla insanı daha da yoxsullaşdırdığını deyib.
Hazırda Əfqanıstanın humanitar böhranın qarşısını almaq üçün heç bir resursu qalmayıb.