Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində “Taliban” silahlıları təhlükəsizlik qüvvələrinə hücum edib.
Trend-in məlumatına görə, hücum nəticəsində 9 polis əməkdaşı həlak olub.
Daha 10 nəfər isə yaralanıb.
Polislərin açdığı cavab atəşi nəticəsində 10 silahlı məhv edilib, daha 15 nəfər yaralanıb.
Atışma zamanı, həmçinin 6 polis əməkdaşı yaralanıb.