Əfv edilənlərdən neçəsi qadındır?

Əfv edilənlərdən neçəsi qadındır?

Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” sərəncamla əfv edilən şəxslərdən 25-i qadındır.

 

Modern.az xəbər verir ki, əfv edilən qadınlardan biri əcnəbi, 24-ü isə Azərbaycan vətəndaşlarıdır.

 

Qeyd edək ki, sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Mənbə

Share: