Əgər İrəvan Bakı ilə münaqişəyə davam etsə… – ABŞ nəşri

Ermənistan dalana dirənib. Ölkənin Baş naziri Paşinyan Rusiyanın Ukraynada müharibə apardığı vaxtda KTMT-yə sədrlik edir. Məhz bu məqam Ermənistan üçün faciə ilə nəticələnə bilər.

Milletinsesi.az  xəbər verir ki, bu barədə ABŞ-ın “Press İnterprays” nəşri məqalə dərc edib.

“Bu ilin əvvəlində Paşinyan Kremlin göstərişi ilə KTMT-nin qoşunlarını Qazaxıstana yeritmək əmrini verməyə məcbur oldu. Bu kimi məsələlər və ümumiyyətlə Rusiyanın daxil olduğu təşkilatlarla əməkdaşlıq əksər ermənilərin ölkənin gələcəyinə olan ümidlərini sarsıdır və sonda yeni məğlubiyyətlərə gətirir. O, bunu çox yaxşı anlayır.

Ölkə iqtisadiyyatı onsuz da çökmək üzrədir, müxtəlif torpaq və sərhəd mübahisələri İrandan başqa qonşu ölkələrlə ticarəti mümkünsüz edir.

Ermənistanın Azərbaycan kimi neft və qazla zəngin qonşusu ilə sülh müqaviləsini bağlaması isə ölkənin iqtisadi blokadadan çıxış yolu olacaq: amma sülh razılaşması əldə olunana qədər bu əlaqə ola bilməz. Ermənistan Azərbaycanla münaqişəni davam etdirəcəyi təqdirdə İrəvan iqtisadi cəhətdən Rusiyadan asılı olaraq qalacaq və Kremlin regiondakı nüfuzunu qorumuş olacaq”, – məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, Ermənistana ABŞ-ın yardımı indi hava-su kimi lazımdır və əgər ABŞ bunu etməsə, ölkə Rusiyanın məngənəsində həmişəlik qala bilər.

Share: