Cari il yanvarın 1-nə Azərbaycanda əhalinin banklarda əmanətlərinin həcmi 8 637,9 mln. manat təşkil edib.
Milletinsesi.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Əhalinin əmanətlərinin həcmi illik müqayisədə 262,5 mln. manat və ya 3%-dən çox artıb. Aylıq müqayisədə isə bank əmanətlərinin həcmində 43,6 mln. manat və ya 0,5% azalma qeydə alınıb.
Qeyd edək ki, 1 yanvar 2019-cu il tarixinə bank əmanətlərinin həcmi 8 375,4 mln. manat, həmin il dekabrın 1-nə 8 681,5 mln. manat təşkil edib.