Əhalinin gəlirləri artıb – RƏSMİ

Əhalinin gəlirləri artıb – RƏSMİ

2022-ci il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 68 milyard 914,6 milyon manata çatıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6844,9 manatlıq gəlir düşüb.

 

Əhalinin sərəncamında qalan gəlirləri 61 milyard 897,7 milyon manat təşkil edib.

Mənbə

Share: