Əhməd İsmayılovdan müjdə: İnformasiyanı yayan şəxs…

Yeni qanuna görə, həm çap, həm də onlayn medianı tənzimləyəcəyik. Bu prosesə media nümayəndələri də cəlb olunub.

Axar.az xəbər verir ki, bunu MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov AzTV-nin “Həftə” analitik-informasiya proqramının qonağı olan zaman bildirib.

O qeyd edib ki, yeni qanun layihəsi çərçivəsində media mənsublarının fikirləri nəzərə alınıb:

“Müəllif hüquqları təmin olunacaq. Media mənsublarının, eləcə də jurnalistlərimizin iqtisadi müstəqilliyinə nail olacağıq. Müəllif hüquqları bərpa olunduqdan sonra informasiyanı yayan jurnalistin gəlir götürməsi gerçəkləşəcək”.

Share: