Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Fərhad Əhmədova məxsus “Luna” yaxtası Almaniyanın Hamburq limanında saxlanılıb.
Axar.az xəbər verir ki, məlumatı “Süddeutsche Zeitung” qəzeti yayıb.
Bildirilib ki, həmin yaxtaya Avropa Birliyinin sanksiyaları çərçivəsində həbs qoyulub.
Təxminən 400 milyon avro dəyərində olan “Luna” dünyanın ikinci ən böyük ekspedisiya yaxtasıdır.
Gəmi hələ də Hamburq limanındadır.