Əli Əhmədov Minsk qrupu həmsədrlərinə çağırış etdi

Azərbaycan qaçqın və məcburi köçkünlərin sayına görə yəqin ki, ən vacib və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini Əli Əhmədov deyib.

O təəssüflə qeyd edib ki, vəziyyətin belə ağır olmasına baxmayaraq, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün təsirli addımlar ata bilməyiblər: “Beynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin nizama salınması istiqamətində səylərini artırmalıdır ki, Azərbaycanın məcburi köçkün vəziyyətində olan vətəndaşları yaxın zamanlarda öz yurd-yuvalarına qayıtsınlar”.

Baş Nazirin müavini xatırladıb ki, Azərbaycan çoxlu sayda qaçqınları olan ölkələrdən biridir: “Ötən ilin sonuna olan məlumata görə dünyada 70 milyondan çox qaçqın və məcburi köçkün var. Bu da dünya əhalisinin 1 faizini təşkil edir. Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün yaşayır və bu da ölkə əhalisinin 10 faizidir. Bu vəziyyət 30 ilə yaxındır ki, davam etməkdədir”.

Share: