Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
Bu barədə Modern.az-a Nazirlər Kabinetindən bildirilib.
Dubay Beynəlxalq Hava Limanında Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin ictimai inkişaf naziri xanım Hessa bint Essa Buhumaid və digər rəsmi şəxslər qarşılayıblar.