Əli Əsədov Qazaxıstanın baş nazirinə başsağlığı verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Əsgər Maminə başsağlığı məktubu göndərib.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Hörmətli Əsgər Uzakpayeviç, Alma-Atı şəhəri yaxınlığında insan tələfatı ilə nəticələnmiş təyyarə qəzası haqda xəbərdən olduqca kədərləndim.

Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

 

Share: