Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının III təsnifat mərhələsində LASK (Avstriya) – “Bazel” (İsveçrə) görüşünü idarə edib.
Qol.az xəbər verir ki, meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldikləri oyunda Ağayev 35 kobudluq qeydə alıb. Bunlardan 20-ni ev sahibləri, 15-ni qonaqlar edib.
Referimiz futbolçulara iki rəsmi xəbərdarlıq edib. O, hər komandadan bir oyunçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, LASK iki oyunu nəticəsinə görə (2:1, 3:1) pley-offa yüksəlib.